“Sabah” kapitanı ilə vidalaşıb

Xəbərlər
22 Yanvar 2025 16:48
182
“Sabah” kapitanı ilə vidalaşıb

“Sabah” yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Futbolçu komandadan ayrılmaqla bağlı müraciət edib. Klub rəhbərliyi tərəfindən bu istək müsbət cavablandırıb və yolların ayrılmasına şərait yaradılıb.

Elvin bu gün “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb. Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandamızda kapitanlıq sarğısını daşıyan Elvin “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.

Qeyd edək ki, Camalov “Neftçi”yə keçəcək.

İdman.biz