"Qalatasaray"dan İlkay Gündoğana təklif

Xəbərlər
19 Yanvar 2025 20:35
117
"Qalatasaray"dan İlkay Gündoğana təklif

"Qalatasaray" "Mançester Siti"nin almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etməkdə maraqlıdır.

İdman.biz xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Türkiyə klubu artıq almaniyalı ulduzla danışıqlar aparıb. İstanbul klubu futbolçuya 2 illik müqavilə təklif edib.

İngiltərə nəhənginin Gündoğanın "Qalatasaray"a keçidinə mane olmayacağı bildirilir.

Qeyd edək ki, ötən yay "Mançester Siti"yə keçən İlkay Gündoğan bu mövsüm 27 oyun keçirib. Alman yarımmüdafiəçi 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

İdman.biz