Kyeza İtaliyaya qayıdır?

3 Yanvar 2025 16:27
385
Kyeza İtaliyaya qayıdır?

“Liverpul”un futbolçusu Federiko Kyeza İtaliyaya qayıda bilər.

İdman.biz xəbər verir ki, vingerin xidmətində “Fiorentina” maraqlıdır.

Florensiya təmsilçisi 2024-cü ilin qışında və yayında heyətinə qata bilmədiyi Kyezadan əl çəkmir. Bu keçiddə yeganə problem futbolçunun maaşının yüksək olmasıdır. O, hazırda ilə 7 milyon avro qazanır. Bu, “Fiorentina” üçün böyük məbləğ sayılır.

Qeyd edək ki, Kyeza ilə “Milan” və “Napoli” də maraqlanır.

İdman.biz