Bu gün 2024-cü il başa çatır.
İdman.biz xəbər verir ki, futbol üzrə Azərbaycan millisi tarixin yaddaşına qovuşacaq il ərzində ümumilikdə 10 oyun keçirib.
Komandamız öncə Arif Əsədovun rəhbərliyi altında 4 yoldaşlıq görüşünə çıxıb. İlk yarımillikdəki matçlardan ikisi FİFA seriyası çərçivəsində baş tutub.
Yoldaşlıq oyunlarından sonra daha ciddi sınaq – Millətlər Liqası baş tutub. Buradakı 6 görüşdə yığmaya portuqaliyalı Fernandu Santuş rəhbərlik edib.
Millimiz bu 10 oyunda cəmi 2 qələbə qazanıb və 2 heç-heçə edib. Uduzmadığımız 4 görüşdən üçü yoldaşlıq matçlarına təsadüf edib. Millətlər Liqasının 6 qarşılaşmasındakı təsəlli isə bir heç-heçə olub.
Komandamız 10 oyunda 9 qol vurubsa, öz qapısında 23-ni görüb. Yoldaşlıq görüşlərində top fərqi 6-6 olubsa, Millətlər Liqasında 3-17-dir.
Millimiz 2024-cü ildə:
22 mart. BT. Bakı. Azərbaycan - Monqolustan 1:0
25 mart. BT. Bakı. Azərbaycan - Bolqarıstan 1:1
7 iyun. YO. Sombatxey. Albaniya - Azərbaycan - 3:1
11 iyun. YO. Sombatxey. Azərbaycan - Qazaxıstan - 3:2
5 sentyabr. ML. Bakı. Azərbaycan – İsveç - 1:3
8 sentyabr. ML. Koşitse. Slovakiya – Azərbaycan - 2:0
11 oktyabr. ML. Tallinn. Estoniya – Azərbaycan - 3:1
14 oktyabr. ML. Bakı. Azərbaycan – Slovakiya - 1:3
16 noyabr. ML. Qəbələ. Azərbaycan – Estoniya – 0:0
19 noyabr. ML. Solna. İsveç – Azərbaycan – 6:0
Əvvəlki illərə nəzər salsaq, yığmamız son üç ildə ən böyük uğursuzluğunu yaşayıb. 2022-ci ildə 5, ötən il 3 qələbəyə sevinən millimiz bu dəfə 2 uğurla yadda qalıb. Bu azalma tendensiyası ilə futbolumuzun hara gedəcəyi nikbin düşüncəyə əsas vermir.
Qələbələr azaldıqca, məğlubiyyətlər də artıb. İki il əvvəl 4, ötən il 5 dəfə üzülən komandamız bu rəqəmi 6-ya çatdırıb. Millimiz qol sayında 2023-cü ilin nəticəsini təkrarlasa da, buraxılan toplarda da son üç ilin antiekorduna üzülüb. Şərti olaraq hesablanan və qələbəyə 3 xal prinsipinin əsas götürüldüyü ümumi qazanc isə 8-ə bərabər olub. Bu da 2022-24-cü illərdə ən zəif nəticədir.
Millimizin illər üzrə nəticələri
il |
O |
Q |
H |
M |
T/F |
x |
1992 |
1 |
0 |
0 |
1 |
3-6 |
0 |
1993 |
4 |
3 |
1 |
0 |
9-5 |
10 |
1994 |
6 |
0 |
0 |
6 |
1-15 |
0 |
1995 |
6 |
0 |
1 |
5 |
2-21 |
1 |
1996 |
9 |
3 |
2 |
4 |
8-13 |
11 |
1997 |
10 |
1 |
1 |
8 |
5-19 |
4 |
1998 |
10 |
5 |
2 |
3 |
9-12 |
17 |
1999 |
9 |
1 |
2 |
6 |
8-24 |
5 |
2000 |
9 |
0 |
2 |
7 |
2-13 |
2 |
2001 |
10 |
2 |
2 |
6 |
6-15 |
8 |
2002 |
11 |
1 |
4 |
6 |
5-15 |
7 |
2003 |
8 |
1 |
2 |
5 |
8-18 |
5 |
2004 |
11 |
2 |
5 |
4 |
11-18 |
11 |
2005 |
11 |
0 |
2 |
9 |
2-24 |
2 |
2006 |
8 |
0 |
4 |
4 |
2-15 |
4 |
2007 |
14 |
4 |
3 |
7 |
11-24 |
15 |
2008 |
11 |
2 |
4 |
5 |
6-9 |
10 |
2009 |
13 |
2 |
3 |
8 |
8-23 |
9 |
2010 |
10 |
3 |
3 |
4 |
9-17 |
12 |
2011 |
10 |
2 |
1 |
7 |
9-20 |
7 |
2012 |
10 |
2 |
4 |
4 |
10-12 |
10 |
2013 |
12 |
3 |
7 |
2 |
11-8 |
16 |
2014 |
8 |
1 |
1 |
6 |
3-17 |
4 |
2015 |
8 |
2 |
3 |
3 |
8-12 |
9 |
2016 |
8 |
2 |
3 |
3 |
4-9 |
9 |
2017 |
7 |
2 |
0 |
5 |
10-16 |
6 |
2018 |
12 |
4 |
5 |
3 |
14-12 |
14 |
2019 |
10 |
1 |
2 |
7 |
8-20 |
5 |
2020 |
7 |
1 |
4 |
2 |
2-4 |
7 |
2021 |
13 |
1 |
2 |
10 |
11-26 |
5 |
2022 |
10 |
5 |
1 |
4 |
12-8 |
16 |
2023 |
9 |
3 |
1 |
5 |
9-18 |
10 |
2024 |
10 |
2 |
2 |
6 |
9-23 |
8 |
Vüqar Xeyrullayev
İdman.biz