“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 6-cı turunda “İnter”lə oyundan əvvəl hücumçu Məhəmməd Salahla bağlı şərh verib.
İdman.Biz bildirir ki, misirli futbolçu mersisaydlıların oyun üçün heyətinə daxil edilməyib.
“Biz burada (mətbuat konfransı üçün zalda) böyük bir oyundan əvvəl oturmuşuq. “Lids”lə 3:3 hesablı heç-heçə etməyimizdən təxminən 36 saat keçib. Hazırda əsas məqsədim komandanı sabahkı oyuna yaxşı hazırlamaqdır. Sabahdan sonrakı gün (Salahla bağlı) vəziyyəti yenidən qiymətləndirəcəyik”, - Slot deyib.
