Çempionlar Liqasında iki vida

Xəbərlər
12 Dekabr 2024 09:28
132
Çempionlar Liqasında iki vida

Çempionlar Liqasında daha iki klubun mübarizəni dayandıracağı dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu, Liqa mərhələsinin VI turundan sonra bəlli olub.

Mərhələdə ardıcıl 6-cı dəfə uduzan “Yanq Boyz” və “Slovan”ın pley-off şansı qalmayıb. Onlar üçün son iki tur formal xarakter daşıyacaq.

Hazırda 24-cü olan Zaqreb “Dinamo”sunun 8 xalı var. Xal olmayan autsayderlər Xorvatiya klubuna çata bilməyəcək.

Qeyd edək ki, bir gün əvvəl “Leypsiq” də ardıcıl 6-cı məğlubiyyətlə avrokuboklarla vidalaşıb.

İdman.biz

Məqalədə: