Azərbaycanlı baş məşqçinin komandası səfərdə “Fənərbaxça”ya qalib gəlib

Xəbərlər
18 Oktyabr 2023 16:49
192
Azərbaycanlı baş məşqçinin komandası səfərdə “Fənərbaxça”ya qalib gəlib

Qadın futbolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, tur çərçivəsində azərbaycanlı baş məşqçi Siyasət Əsgərovun çalışdırdığı “Fomget” “Fənərbaxça”nın qonağı olub.

Təmsilçimizin komandası matç 1:0 hesablı qələbə ilə başa vurub. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Olqa Ovdiyçuk fərqlənib.

Nəticədə 7 oyundan sonra xalını 21-ə yüksəldən “Fomget” Superliqanın vahid liderinə çevrilib.

Qeyd edək ki, Siyasət Əsgərov, eyni zamanda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisidir.

Emin Ağa

İdman.biz