“Turan Tovuz” - “Fənərbağça” oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

22 Sentyabr 2026 14:04
41
“Turan Tovuz” - “Fənərbağça” oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

“Turan Tovuz” və “Fənərbağça” (Türkiyə) futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq kifayət qədər böyükdür.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” futbol klubu məlumat yayıb.

Bildirilib ki, 1 saat ərzində 5872 bilet satılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İdman.Biz