Latviyada klubundan ayrılan azərbaycanlı: "Azərbaycan Premyer Liqası daha səviyyəlidir"

Xəbərlər
29 Noyabr 2024 15:30
65
Latviyada klubundan ayrılan azərbaycanlı: "Azərbaycan Premyer Liqası daha səviyyəlidir"

Latviya yüksək liqa təmsilçisi olan “Qrobinya”da oynayan və artıq bu klubdan ayrılan Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib.

İdman.biz xəbər verir ki, o, Latviyada ayrılmasından və çempionatın səviyyəsindən bəhs edib:

"Artıq “Qrobinya”dan ayrılmışam. Bu isə son turlarda daha çox zədəli olmağım idi. Çünki komandadan mənə deyirdilər ki, pley-off mərhələsini oynayım. Ancaq mən razı olmadım. Çünki zədəmi daha da ağırlaşdırmaq istəmədim. Ona görə də ayrılıq baş tutdu, qalmadım orada. “Qrobinya” yeni müqavilə təklif etsəydi də, orada qalmağı çox istəmirdim. Latviya çempionatında oynamaq, orada legioner həyatı yaşamaq mənə çox şey qazandırdı. Düzü, birinci mövsümüm idi ki, yüksək liqada daimi olaraq əsas heyətdə meydana çıxırdım, stabil oynayırdım. Latviyadakı karyerama ancaq müsbət yanaşıram. Yaxşı təcrübə qazandım. Təklif məsələsinə gəlincə, Latviyanın heç bir klubundan təklifim yoxdur”.

Məmmədzadə Azərbaycan və Latviya liqalarını da müqayisə edib: “Azərbaycan çempionatının daha səviyyəli liqa olduğunu fikirləşirəm. Çünki maliyyə baxımından bizim klublar daha üstündür. Bizim komandalar daha keyfiyyətli legionerlər gətirə bilirlər. Amma belə, hər iki liqada da mübarizə var. Latviya çempionatında da oynamaq asan deyil, daim mübarizə aparırsan, güclü komandalara qarşı oynayırsan".

İdman.biz