Mançesterdəki oyunu tarixə salan FAKTLAR

Xəbərlər
27 Noyabr 2024 10:33
62
Mançesterdəki oyunu tarixə salan FAKTLAR

Çempionlar Liqasının “Mançester Siti” – “Feyenoord” matçı maraqlı məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS bu qarşılaşmadakı 5 fakta xüsusi diqqət ayırıb.

Son 61 ildə ilk dəfə “Mançester Siti” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 6-cı oyunda 2 və ya daha çox qol buraxıb.

Çempionlar Liqası tarixində ilk dəfə 75-ci dəqiqəyə qədər 3 və ya daha çox top fərqi ilə öndə olan komanda üstünlüyünü son 15 dəqiqədə əldən verərək qalib gələ bilməyib.

Çempionlar Liqası tarixində 3-cü dəfə İngiltərə klubu 3 və ya daha böyük fərqi əldən verərək qələbə qazana bilməyib. “Mançester Siti”yə qədər “Arsenal” “Anderlext” (4 noyabr 2014), “Liverpul” “Sevilya” (21 noyabr 2017) ilə qarşılaşmada 3:3 hesabı ilə kifayətlənib. Hər üç hadisə noyabrda yaşanıb.

Çempionlar Liqasında 4-cü dəfə səfərdə oynayan komanda 3 və ya daha artıq top fərqini aradan qaldıraraq heç-heçə edib. 2002/03 mövsümündə “Liverpul” “Bazel”ə, 2014/15 mövsümündə “Anderlext” “Arsenal”a, 2023/24 mövsümündə “İnter” “Benfika”ya, bu dəfə isə “Feyenoord” “Mançester Siti”yə məğlubiyyətdən qaçıb.

“Mançester Siti” Çempionlar Liqasında ardıcıl 34 ev oyununda uduzmayıb: 29 qələbə, 5 heç-heçə. Sonuncu məğlubiyyət 2018-ci ilin sentyabrında “Lion”la görüşdə qeydə alınıb.

İdman.biz