"Qarabağ"ın rəqibindən 90+8-ci dəqiqədə "ağ bayraq" - VİDEO

Xəbərlər
22 Noyabr 2024 00:41
81
"Qarabağ"ın rəqibindən 90+8-ci dəqiqədə "ağ bayraq" - VİDEO

"Qarabağ" Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında 4-cü turdan təxirə salınmış oyunda uduzub.

İdman.biz xəbər verir ki, Buxarest təmsilçisi səfərdə "Botoşani"yə məğlub olub.

Oyunun taleyini 1 qol həll edib. Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar. Elias Xaralambousun komandası ölkə çempionatında təxminən 3 aydan sonra uduzub.

Qeyd edək ki, FCSB Avropa Liqasının 5-ci turunda noyabrın 28-də öz meydanında "Olimpiakos"la, "Qarabağ" isə "Lion"la qarşılaşacaq.

İdman.biz