AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək

Xəbərlər
21 Noyabr 2024 17:08
76
AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək

AFFA "Fakel"in qapıçısı Vitali Qudiyevi milliləşdirmək fikrindədir.

İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, bir neçə il AFFA-nın təklifinə müsbət yanaşmayan Qudiyevin Rusiya millisində oynamaq üçün bu addımı atmadığı bildirilir.

Məlumata görə, AFFA onunla danışıqlar aparır. Vitalinin bu təklifə konkret cavabı hələ ki, bəlli olmayıb.

Qudiyevin "Fakel"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

"Alaniya"nın yetirməsi olan Qudiyev "Terek" (indiki "Axmat"), "Ximki" komandalarında oynayıb. O, 2023-cü il iyulun 1-də "Fakel"ə keçib.

Qeyd edək ki, Vitali vaxtilə millimizin qapısını qorumuş Kazimir Qudiyevin oğludur.

İdman.biz