"Qarabağ"ın rəqibinə ciddi sanksiyalar - "Lion" ŞOKda

Xəbərlər
15 Noyabr 2024 23:41
140
"Qarabağ"ın rəqibinə ciddi sanksiyalar - "Lion" ŞOKda

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Lion" sanksiyalarla ilə üzləşib.

İdman.biz xəbər verir ki, komandanın müvəqqəti 2-ci liqaya düşürülməsinə qərar verilib.

Fransa Futbol Maliyyə Nəzarət Orqanı "Lion"la bağlı araşdırmanı yekunlaşdırıb. Borcları 458 milyondan 508-ə milyona yüksələn klub ciddi sanksiyalarla üz-üzə qalıb. Aşağı liqaya yuvarlanmaqdan başqa, "Lion"a transfer qadağası və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı tələblər qoyulub.

Klubun amerikalı sahibi Con Tekstor Nəzarət Orqanına qısa müddət ərzində vəziyyəti düzəldəcəyini bildirib. Əks halda aidiyyatı qurumların təsdiqindən sonra "Lion" diskvalifikasiyalarla üzləşəcək.

Qeyd edək ki, "Qarabağ" "Lion"la noyabrın 28-də Bakıda qarşılaşacaq.

İdman.biz