Çempionlar Liqasının FAVORİTLƏRİ

Xəbərlər
10 Noyabr 2024 15:51
90
Çempionlar Liqasının FAVORİTLƏRİ

Çempionlar Liqasının favoritləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Opta Liqa mərhələsi yarılandıqdan sonra kuboka əsas iddiaçıları müəyyənləşdirib.

“Mançester Siti” siyahıda 1-cidir. İngiltərə klubunun qalib olmaq ehtimalı 19 faizdir.

“Liverpul” (17 faiz) ikinci, “İnter” (12 faiz) üçüncüdür. “Barselona” (9 faiz) ilə “Arsenal” (8 faiz) ön sıralarda yer alıblar.

Turnirin son qalibi “Real” isə 6-7-ci yerləri “Sportinq”lə bölüşür. Pireney klublarının şansı 6 faizə bərabərdir.

“Bavariya” ilə “Bayer” 4, PSJ və “Atalanta” 3 faizlik göstərici ilə “11-lik”dədir.

Qeyd edək ki, digər 25 komandanın ümumi şansları 9 faizə bərabərdir.

İdman.biz