AFFA "Neftçi"nin 2 məşqçisini cəzalandırıb

Xəbərlər
12 Oktyabr 2023 14:28
230
AFFA "Neftçi"nin 2 məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsi "Neftçi"nin 2 məşqçisini cəzalandırıb.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqasının IX turunun “Qarabağ”la oyununun 83-cü dəqiqəsində “ağ-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov 1-i şərti olmaqla 2 oyun diskvalifikasiya edilib.

Buna onun hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Qurbanov, həmçinin “Neftçi” 1500 manat ziyana da salıb.

Azərbaycan debisində “Neftçi”nin məşqçisi Miodraq Todorov oyun bitdikdən sonra hakimin qərarına etiraz edib və birbaşa qırmızı vərəqə alıb. O da bunun üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib. Hər 2 çalışdırıcıya sınaq müddəti 3 ay təyin olunub.

“Neftçi” – “Qarabağ” oyununda ev sahibləri fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə 500, qarşılaşmadan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə 800 manat cərimə edilib.

Görüşdə miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə isə “Neftçi”yə klubuna xəbərdarlıq edilib.

Qeyd edək ki, "Neftçi" matçda 0:2 hesabı ilə məğlub olub.