Viktor Osimhenə 120 milyon qiymət qoyulub

Xəbərlər
12 Oktyabr 2023 13:18
114
Viktor Osimhenə 120 milyon qiymət qoyulub

“Napoli”nin ulduz futbolçusu Viktor Osimhen komandadan ayrıla bilər.

İdman.biz xəbər verir ki, “Çelsi” onun transferində maraqlıdır.

Neapolluların ingilislərdən nigeriyalı futbolçunun keçidi üçün 120 milyon sterlinq tələb etdiyi bildirilir. Lakin qarşı tərəf hələlik cavab verməyib.

Qeyd edək ki, Osimhen ötən mövsüm “Napoli”nin çempionluğunda müstəsna rol oynayıb. O, italiyalıların forması ilə çıxdığı 90 oyunda 55 qolla yadda qalıb.

İdman.biz