“Təəssüf ki, Ramil Şeydayevin karyerası alınmadı”.
İdman.biz xəbər verir ki, bunu Rusiya futbolunun veteranı Vladislav Radimov deyib.
“Zenit”in sabiq futbolçusu klubun ikinci komandasından yaxşı tanıdığı Ramil Şeydayevin vətəndaşlığını dəyişərək Azərbaycan millisinə keçidi barədə danışıb: “Düşünürəm ki, onun səhvi daha çox pul qazanmağa üstünlük verməsində oldu. Başa düşdüyüm qədər Azərbaycan pasportu üçün ona pul ödəyiblər. Şeydayev həqiqətən də perspektiv vəd edirdi. Bu, tək mənim fikrim deyil. Aleksandr Qolovinin də oynadığı gənclər yığmasında Şeydayev bir nömrə idi. Avropa çempionatının qalibi oldu. Öz yaşındakı hücumçular arasında ən güclü hesab edilirdi. Keçidlərdən sonra çox geri düşdü. “Trabzonspor”, “Jilina”, “Qarabağ”... Bütün bunlar ona mane oldu. Şayiələrə görə vətəndaşlığı dəyilşməsi üçün 500 min dollardan 1 milyona qədər alıb”.
Qeyd edək ki, “Zenit”in yetirməsi olan Ramil Rusiyanın yeniyetmə və gənclərdən ibarət yığmalarında oynasa da, sonradan Azərbaycan millisinə üstünlük verib.
İdman.biz