Van Deyk “Liverpul”da qalmağa razılıq verib

Xəbərlər
28 Sentyabr 2024 13:21
286
Van Deyk “Liverpul”da qalmağa razılıq verib

“Liverpul” futbolçusu Vircil Van Deyklə müqaviləni uzatmağa qərar verib.

İdman.biz xəbər verir ki, İngiltərə klubu 33 yaşlı mərkəz müdafiəçisini heyətdə saxlamaq istəyir.

Niderlandlı futbolçunun özü də anlaşmanın uzadılmasına razılıq verib. O, 2027-ci ilədək komandada qalmaq arzusundadır. Müdafiəçinin indiki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Vircil 2018-ci ildən çıxış etdiyi “Liverpul”da 276 matçda 24 qol vurub.

İdman.biz