“Bəli, oyun bizim üçün asan başlamadı, amma bəzən çətin anların öhdəsindən gəlməli olursan”.
İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in futbolçusu Ben Devis deyib.
31 yaşlı uelsli müdafiəçi Avropa Liqasının “Qarabağ”la oyunu barədə fikirlərini UEFA-ya açıqlayıb: “Məncə, bu gecə bunu çox yaxşı bacardıq. 10 nəfərlə oynayırıqsa buna hamı adaptasiya olmalıdır. Əslində rəqibin əlinə bir neçə fürsət keçmişdi. Buna görə də müdafiə güclü olmalıdır”.
Devid 80 dəqiqədən artıq müddətdə 10 nəfərlə mübarizə aparmaqla qələbə qazanmaqlarına da münasibət bildirib: “Çətin olacağını bilirdik, amma bu bir yarışdır. Bilirsiz ki, bəzən bu nəticəni əldə etmək üçün həddindən artıq çalışmalısan. Qarşılaşmada bəzi şeylər bizim xeyrimizə olmadı. Amma düşünürəm ki, biz qələbəyə layiq idik”.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ” üzərində 3:0 hesablı qələbə qazanıb.
İdman.biz