Roman Pavlyuçenko: “Əminəm ki, “Qarabağ” irəli atılacaq”

Xəbərlər
26 Sentyabr 2024 11:22
1 066
Roman Pavlyuçenko: “Əminəm ki, “Qarabağ” irəli atılacaq”

“Qarabağ”a olan hörmətimə baxmayaraq, “Tottenhem”lə oyunda şansının az qala olmadığını düşünürəm”.

İdman.biz xəbər verir ki, bunu Rusiya futbolunun veteranı Roman Pavlyuçenko deyib.

Vaxtilə “Tottenhem”də də forma geyinən hücumçu Azərbaycan çempionu “Qarabağ”ın London təmsilçisi ilə matçı barədə fikirlərini bildirib: “Digər tərəfdən isə bu matç “Qarabağ” üçün çox vacib hadisədir. Onlar əlavə motivasiya ilə oynaya bilər. “Tottenhem”ə bu qarşılaşmada o qədər də asan olmayacaq. Əlbəttə, “Qarabağ”la müqayisədə “Tottenhem" başqa səviyyədə komandadır. Lakin nəzərə alaq ki, Avropa Liqası hələ indi başlayır. İngiltərə klubu indidən bütün gücünü meydana qoyacaq, Premyer Liqadakı problemləri olduğu halda əsas futbolçuları ilə risk edəcək? Məhz buna görə də “Tottenhem”in qələbəsini birmənalı şəkildə görə bilmirəm. Əminəm ki, “Qarabağ” irəli atılacaq, aktiv oynayacaq. İngiltərə klubunun uğuru bir az daha inandırıcıdır. Amma hər iki komandanın qol vuracağını düşünürəm”.

Qeyd edək ki, “Spartak”, “Lokomotiv” və “Tottenhem”in sabiq hücumçusu Rusiya millisində 20 oyunda 21 qol vurub.

İdman.biz