Endrik Raulu geridə qoyub

Xəbərlər
18 Sentyabr 2024 11:00
477
Endrik Raulu geridə qoyub

Çempionlar Liqasının I turunda “Ştutqart”la matçda fərqlənən “Real”ın gənc oyunçusu Endrik rekorda imza atıb.

İdman.biz xəbər verir ki, braziliyalı madridlilərin heyətində qitənin nüfuzlu klub turnirində qol vuran ən gənc oyunçu olub.

O, bunu 18 yaş 58 günlüyündə bacarıb. Bununla da forvard ispaniyalıların əfsanəvi futbolçusu Raul Qonzalesi geridə qoyub. Toliador Çempionlar Liqasında 18 yaş 113 günlüyündə fərqləniq. Sambaçı, eyni zamanda Çempionlar Liqasında qol vuran ən gənc braziliyalıdır.

Qeyd edək ki, “Real” “Ştutqart”ı 3:1 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: