Kriştiano Ronaldonun Zidan təklifi

Xəbərlər
27 Avqust 2024 18:29
328
Kriştiano Ronaldonun Zidan təklifi

"Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo baş məşqçi dəyişikliyini arzulayır.

İdman.biz xəbər verir ki, o, komandaya Zinədin Zidanın rəhbərlik etməsini istəyir.

Portuqaliya mətbuatı Kriştianonun bununla bağlı klub rəhbərliyinə müraciət etdiyini yazıb. Zidanın rəhbərliyi ilə "Real"da 3 dəfə Çempionlar Liqasının qalibi olan Ronaldo bu təyinat nəticəsində "Əl-Nəsr"in daha uğurlu çıxış edəcəyi qənaətindədir.

Qeyd edək ki, "Əl-Nəsr"ə hazırda portuqaliyalı Luiş Kaştra başçılıq edir. Komanda Superkubokun finalında "Əl-Hilal"a 1:4 hesabı ilə uduzub və çempionatın ilk görüşündə xal itirib. Bundan sonra onun istefaya göndəriləcəyi xəbərləri yayılıb.

İdman.biz