“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya A Seriyasının 2-ci turunda “Leççe” ilə oyunda 11-metrlik zərbə ilə fərqlənərək komandasının ikinci qolunun müəllifi olub.
İdman.biz xəbər verir ki, türk yarımmüdafiəçi çempionatda 17 penalti zərbəsinin hamısını dəqiq yerinə yetirib.
Çalhanoğlu “Böyük Beşlik” ölkələrinin çempionatlarında ötən mövsümdən bəri penaltidən ən çox qol vuran futbolçu statusunu özündə saxlayır. Bu müddət ərzində o, 11 dəfə fərqlənib. İkinci yerdə Koul Palmerdir. O, “Çelsi”nin heyətində 9 penaltini qapıdan keçirib.
İdman.biz