“İnter”in futbolçusu Fransa klubunda

Xəbərlər
23 Avqust 2024 16:27
292
“İnter”in futbolçusu Fransa klubunda

“İnter”in futbolçusu Martin Satriano karyerasını Fransada davam etdirəcək.

İdman.biz xəbər verir ki, hücumçu “Lans”a icarəyə verilib.

O, mövsümün sonunadək bu klubun formasını geyinəcək. Onun icarəsi 1 milyon avroya başa gələcək.

Qeyd edək ki, Satrianonun “İnter”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

İdman.biz