Bu gün Almaniya Bundesliqasında Mönxenqladbax “Borussiya”sı və Leverkuzen “Bayer”i arasında matçla yeni mövsüm başlayır.
İdman.biz xəbər verir ki, 1903-cü ildə “Leypsiq”in çempionluğu ilə start götürən, 1963/1964-cü illər mövsümündən isə Bundesliqa adı altında keçirilən ölkə çempionatında ən çox “Bavariya” qalib olub – 33 dəfə.
“Nürnberq”in 9, Dortmund “Borussiya”sının 8 çempionluğu var. Ümumilikdə qalib adını 29 komanda qazanıb ki, onlardan da yalnız 13-ü bunu Bundesliqa dövründə bunu bacarıb. Son çempion Leverkuzen “Bayer”idir.
Hazırkı mövsümün iştirakçılarından ən böyük tarixə 1846-cı ildə yaradılmış 178 yaşlı “Haydenhaym” malikdir. “Ştutqart”ın əsası 1893-cü ildə qoyulub.
Bundesliqanın yeni mövsüm iştirakçıları arasında ən yaşlı oyunçular “Union Berlin”dədir (orta yaş – 26,41). Ən gənc heyət isə “Ştutqart”dadır (23,39).
18 klubdan yarısını yerli, yarısını xarici məşqçi çalışdırır. Ən yaşlı məşqçi “Bohum”dadır. Alman mütəxəssis Peter Saydlerin 62 yaşı var. Ən gənc isə Dortmund “Borussiya”sını çalışdıran 36 yaşlı türk məşqçi Nuri Şahindir.
I tur
23 avqust
“Borussiya”M. – “Bayer”
24 avqust
“Auqsburq” – “Verder”
“Frayburq” – “Ştutqart”
“Hoffenhaym” – “Holştayn”
“Mayns” – “Union”B.
“Leypsiq” – “Boxum”
“Borussiya”D. – “Ayntraxt”
25 avqust
“Volfsburq” – “Bavariya”
“Sankt-Pauli” – “Haydenhaym”
Vüqar Məmmədov
İdman.biz