Ukrayna klubundan türkiyəli hakimə etiraz

Xəbərlər
18 Avqust 2024 20:19
385
Ukrayna klubundan türkiyəli hakimə etiraz

"Krivbass" UEFA-dan Konfrans Liqasında "Betis"lə keçiriləcək ilk oyunun hakiminin dəyişdirilməsini tələb edib.

İdman.biz xəbər verir ki, Ukrayna klubu bununla bağlı quruma rəsmi müraciət ünvanlayıb.

Ukraynalılar Arda Kardeşlərin başçılıq etdiyi türkiyəli hakimlər briqadasının Rusiya - Serbiya yoldaşlıq matçını idarə etməsindən narazıdırlar. "Krivbass"ın açıqlamasında Kardeşlərin Ukrayna klublarının oyunlarına təyinatının yolverilməz olduğu bildirilib.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 22-də Koşisedə (Slovakiya), cavab matçı isə 1 həftə sonra Sevilyada olacaq.

İdman.biz