İngiltərənin “Liverpul” klubu qeyri-adi göstərici ilə fərqlənib.
İdman.biz xəbər verir ki, Premyer Liqa təmsilçisi 2024-cü ildə futbolçu almayıb.
“Liverpul” Avropanın “Top-7” liqalarında transfer etməyən yeganə klubdur. Digər 131 komanda ən azı bir oyunçu ilə güclənib.
Mersisaydlılar son transferini 2023-cü ilin yayında gerçəkləşdirib. Həmin vaxt Dominik Soboslai, Aleksis Mak Allister, Rayan Qravenberx və Vataru Endo komandaya qoşulub.
Qeyd edək ki, “Liverpul” ötən mövsüm Premyer Liqada 3-cü olub.
İdman.biz