“Real”ın futbolçusu Kilian Mbappe İspaniya klubundan ayrılmaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, jurnalist Fransua Qalyardo Mbappenin “Real”dan məyus olduğunu bildirib. Onun sözlərinə görə, 27 yaşlı futbolçu 2027-ci ilin yayında Madrid təmsilçisini tərk etmək qərarına gəlib.
Qeyd olunur ki, “Real” rəhbərliyi Mbappenin ayrılmasına mane olmayacaq. Qalyardo fransalı hücumçunun karyerasını İngiltərə Premyer Liqası klubunda davam etdirəcəyini də iddia edib.
Mbappe 2024-cü ildən “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı hücumçunun transfer dəyərini 200 milyon avro (400 milyon manat) )qiymətləndirir.
Mbappe cari mövsümdə səkkiz oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
