"Yuventus"un yeni 10 nömrəsi - Kenan Yıldız

Xəbərlər
16 Avqust 2024 22:28
669
"Yuventus"un yeni 10 nömrəsi - Kenan Yıldız

"Yuventus" 19 yaşlı Kenan Yıldızla yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, tərəflər arasındakı razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Türkiyəli forvardın komandadakı yeni nömrəsi də bəlli olub. Bundan sonra Kenan 10 nömrəli formada çıxış edəcək. Yıldızın komanda ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatacaqdı.

Qeyd edək ki, 2022-ci ildən Turin klubunda çıxış edən gənc hücumçu 32 oyunda 4 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz