“Kəpəz”ə xəbərdarlıq

Xəbərlər
15 Avqust 2024 12:17
143
“Kəpəz”ə xəbərdarlıq

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” matçında yaşananlara hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, oyunun 89-cu dəqiqəsində qonaq azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilib.

Bu hal cari mövsümdə ilk dəfə yaşanıb. AFFA-nın İntizam Komitəsi “Kəpəz”ə xəbərdarlıq edib.

Qeyd edək ki, Gəncə klubu səfərdə 0:3 hesabı ilə uduzub.

İdman.biz