“Liverpul”un PLANI

Xəbərlər
13 Avqust 2024 10:06
192
“Liverpul”un PLANI

“Liverpul” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Georgi Mamardaşvilinin transferində maraqlıdır.

Premyer Liqa təmsilçisi Gürcüstan millisinin qolkiperinin keçidi ilə bağlı danışıqlara başlayıb. Mamardaşvili üçün “Valensiya”ya 30 milyon avrodan çox vəsait ödəniləcəyi gözlənilir. Liverpullular onu alan kimi icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, gürcüstanlı qapıçı da bu keçidə razılıq verib.

İdman.biz