"Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının II turunda "Sabah" üzərində qazanılan qələbəni şərh edib: "Bu gün biz epizodlardan yararlandıq və qalib gəldik. "Sabah"a qarşı səfərdə oynamaq çox çətindir. Vacib üç xal qazandıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Transferlərin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçular var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir".
Qeyd edək ki, "Zirə" səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəlib.
İdman.biz