“Barselona”nın yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Qalatasaray” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu İstanbul təmsilçisinin stadionunda oynamağın çətin olduğunu vurğulayıb.
“Rəqibə təzyiq baxımından “Qalatasaray”ın stadionu dünyanın ən yaxşılarından biridir. Lakin biz meydanda tarazlığı və qarşılıqlı anlaşmanı qoruya bildik. Bunun sayəsində dörd qol vurduq və soyuqqanlılığımızı itirmədik.
İlk hissədə bir qədər çətinlik çəkdik. Son ötürmələri verməyə tələsirdik. İkinci hissə isə möhtəşəm alındı. Topa nəzarət edirdik və meydanda çoxlu boş zonalar görürdük. İki-üç ötürmə və qol. Diqqətimizi məhz buna yönəltdik və bu, bizə kömək etdi”, – deyə Pedri “Okko”ya açıqlamasında bildirib.
