Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər ki, onun komandası 4-cü turda "Qurnik Zabrze" ilə qarşılaşıb.
Hesabı fasilədən sonra "Radomyak" açsa da, qonaqlar iki qol vuraraq qələbə qazanıblar. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Rahil 79-cu dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Ekstraklasada 3 oyun keçirən Məmmədovun klubu 3 xalla turnir cədvəlində 12-cidir.
İdman.biz