NFF-nin loqosu dəyişdirilib

9 Avqust 2024 11:32
672
NFF-nin loqosu dəyişdirilib

Naxçıvan Futbol Federasiyasının (NFF) loqosu dəyişdirilib.

İdman.biz xəbər verir ki, yeni loqoda XII əsrə aid olan və Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi əks olunub.

Simvolda Azərbaycanın bayrağı və futbol topu da yer alıb.

İdman.biz