Niderlandlı futbolçu Xavi Simons karyerasını "Leypsiq"də davam etdirəcək.
İdman.biz xəbər verir ki, o, Almaniya klubunda icarə əsasında oynayacaq.
PSJ-yə məxsus 21 yaşlı yarımmüdafiəçi ötən mövsümü də "Leypsiq"də icarədə olub. Simonsla "Bavariya" maraqlansa da, Paris klubu ilə danışıqlar uğurlu alınmayıb.
Qeyd edək ki, Xavi "Leypsiq"in heyətindən keçirdiyi 43 oyunda 10 qol və 15 ötürmə ilə yadda qalıb.
İdman.biz