Roy Kin Xorvatiyanı 7:0-lıq məğlubiyyətə görə sərt tənqid etdi: “Meydana çıxmamışdılar”

3 Oktyabr 2026 23:46
88
Roy Kin Xorvatiyanı 7:0-lıq məğlubiyyətə görə sərt tənqid etdi: “Meydana çıxmamışdılar”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin UEFA Millətlər Liqasında Xorvatiyanın İngiltərəyə 0:7 hesablı məğlubiyyətini sərt şəkildə tənqid edib.

İdman.Biz xəbər verir ki, Kin İngiltərənin həm topa sahib olarkən, həm də topsuz oyunda üstün çıxış etdiyini bildirib.

“Gözlərimə inana bilmirəm. İngiltərə həm top ilə, həm də topsuz fantastik oynadı. Onların hücumçuları əla idi, hücum futbolu sərgiləyirlər, qələbə dadını hiss edirdilər və matçın hesabı daha böyük ola bilərdi.

Xorvatiya heç bir fiziki güc göstərmədi, onlar sadəcə olaraq meydana çıxmamışdılar. Öz uşaq komandaları kimi görünürlər, tam şok içindədirlər. Cud Bellingem uşaqlara qarşı oynayan yetkin kişi kimi görünür”, – deyə Kin ITV kanalının efirində bildirib.

İdman.Biz