Braziliya millisi yoldaşlıq oyununda Hindistan yığmasını böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, Kəlkütədəki “Solt-Leyk” stadionunda keçirilən qarşılaşma braziliyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Karlo Ançelottinin komandasında Estevao və Pedro hərəyə bir qol vurub. Samuel Lino isə dubl edib. Estevao və Pedro, həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıblar.
Braziliya millisi növbəti oyununu noyabrın 14-də Yaponiya yığmasına qarşı keçirəcək.
