“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal “Turan Tovuz”la Bakıda keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında görüşdə əsas məqsədin nəticədən daha çox Azərbaycan-Türkiyə qardaşlığını və klublar arasındakı əlaqələrini gücləndirmək olduğunu vurğulayıb.
“Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Biz də bu dəvəti məmnuniyyətlə qəbul edərək Bakıya gəldik. 2:0 hesabı ilə qalib gəldik. Amma bu oyunda qələbə və ya məğlubiyyət önəmli deyildi. Əsas məsələ əlaqələrimizi daha da möhkəmləndirmək idi”, – deyə Kartal bildirib.
Türkiyəli mütəxəssis belə qarşılaşmaların iki klub arasındakı münasibətlər baxımından əhəmiyyətini də qeyd edib. Bakıda baş tutan görüş həm komandaların hazırlığı, həm də iki ölkənin futbol əlaqələrinin möhkəmləndirilməsi baxımından diqqət çəkib.
İstanbul təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
