"Sabah" növbəti mərhələdə - VİDEO

Xəbərlər
1 Avqust 2024 22:57
520
"Sabah" növbəti mərhələdə - VİDEO

"Sabah" növbəti avrokubok oyununu keçirib.

İdman.biz xəbər verir ki, Bakı klubu Konfrans Liqasının II təsnifat mərhələsində cavab matçına çıxıb.

Təmsilçimiz Hayfa "Makkabi"sini qəbul edib. Səfərdə üç cavabsız qolla qalib gələn Krunoslav Renduliçin yetirmələri doğma azarkeşləri qarşısında üstünlüyün qoruya bilməyib Oyunun əsas vaxtı 2:5, əlavə vaxtı isə 1:1 hesabı ilə yekunlaşıb. Yekunda "Sabah" penalti zərbələri seriyasında daha dəqiq olaraq, mərhələ adlayıb.

Qeyd edək ki, "Sabah" növbəti mərhələdə "Sent Patriks" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) (3:1) cütünün qalibi ilə qarşılıaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
20:00. "Sabah" – "Makkabi" (Hayfa, İsrail) - 2:5, ə.v. 1:1, pen. 3:2

Qollar: Pavol Şafranko, 47. Kahim Parris, 71. Coy Lins-Mikels, 103 - Dolev Haziza, 17. Frantsdi Pyerro, 67; 90. Lorenso Şimiç, 70. Lior Rafaelov, 73. Din David, 112
Baş hakim: Peter Kraloviç (Slovakiya)

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 13. İvan Lepiniça, 8. Ayaz Quliyev, 70. Cesse Sekidika, 28. Kahim Parris, 20. Coy Lins-Mikels, 18. Pavol Şafranko
Baş məşqçi: Krunoslav Renduliç
"Makkabi": 40. Şarif Keuf, 27. Pyerr Kornud, 34. Aleksandr Sirota, 44. Lorenso Şimiç, 2. Daniel Sandqrin, 26. Mahmud Caber, 4. Ali Mohammed, 8. Dolev Haziza, 6. Qadi Kinda, 91. Dia Sabia, 9. Frantsdi Pyerro
Baş məşqçi: Barak Baxar.
Bakı. "Bank Respublika Arena"
İlk oyun – 3:0

İdman.biz