Krunoslav Renduliçin 3:0 hesablı qələbəyə şərhi: "Hələ heç nə həll olunmayıb"

Xəbərlər
26 İyul 2024 00:23
202
Krunoslav Renduliçin 3:0 hesablı qələbəyə şərhi: "Hələ heç nə həll olunmayıb"

"Biz sadəcə bir oyun keçirmişik. Hələ cavab görüşü var".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda "Makkabi" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib: "Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Biz ağır oyun olacağını gözləyirdik. Çünki "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb. Konsentrasiyanı saxlamaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Yenə də "Makkabi"ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdır".

Qeyd edək ki, komandalar arasında ikinci oyunu avqustun 1-də Bakıda keçiriləcək.

İdman.biz