Misli Premyer Liqasının beşinci turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçın sona qədər gərgin keçdiyini bildirib.
“Görüş maraqlı alındı və sona qədər gərginlik hiss olundu. Düşünürəm ki, hər iki komanda bir xal qazanmağa layiq idi. Aktivimizə daha bir xal əlavə etdik. İndi diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik. Hər iki komandanın azarkeşlərinə də təşəkkür edirəm”, - deyə Qurban Qurbanov vurğulayıb.
Qeyd edək ki, “Zirə” - “Qarabağ” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu İssa Cibrila, “Qarabağ”ın qolunu isə Aleksey Kaşuk vurub.
