Azərbaycanlı futbolçu Ramil Şeydayev "Kocaelispor"un düşərgəsini tərk edib.
İdman.biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumatda Şeydayevin klubdan alacağı 140 min avrodan imtina etdiyi bildirilib. Nəticədə tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Ramil dünən "Kocaelispor"un keçirdiyi yoxlama matçında da yer almayıb.
Qeyd edək ki, Şeydayevin yaxın günlərdə "Neftçi" ilə müqavilə bağlaması gözlənilir.
İdman.biz