Konfrans Liqasında 2 oyuna 4 qol

Xəbərlər
11 İyul 2024 00:46
254
Konfrans Liqasında 2 oyuna 4 qol

Bu gün Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları iki matçla başlayıb.

Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. "Velej" öz meydanında "Eskaldes"lə heç-heçəyə razı olub. "Auda" isə 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.

Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
10 iyul

22:00. "Velej" – "Eskaldes" - 1:1
23:00. "Auda" – B-36 - 2:0

İdman.biz