Qəbələdə təlim-məşq toplanışında olan "Turan Tovuz" ilk yoxlama görüşündə qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, komanda II Liqa təmsilçisi "Şəmkir"lə qarşılaşıb.
Rusiyalı mütəxəssis Kurban Berdıyevin debütü ilə əlamətdar olan görüş darmadağınla yekunlaşıb. Tovuzlular rəqibini 13:0 hesabı ilə məğlub ediblər.
İdman.biz