“Vulverhempton”un futbolçusu Maks Kilmen “Vest Hem”ə keçib.
İdman.biz xəbər verir ki, mərkəz müdafiəçisi ilə 7 illik müqavilə imzalanıb.
27 yaşlı arxa xətt oyunçusu üçün 40 milyon funt sterlinq ödənilib. O, əvvəlki klubunda da indiki baş məşqçisi Xulen Lopeteqinin rəhbərliyi altında forma geyinib.
Qeyd edək ki, Maks ötən mövsümün 38 matçında 2 qola imza atıb.
İdman.biz