DÇ-2030-un final matçının yeri açıqlanıb.
İdman.biz “Marka”ya istinadən xəbər verir ki, mundialın həlledici matçı “Santyaqo Bernabeu”da baş tutacaq.
FİFA-nın rəsmi qərarı qarşıdakı günlərdə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2030-cu ildə futbol üzrə dünya çempionatına İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Paraqvay və Argentina ev sahibliyi edəcək.
İdman.biz