İspaniyadan rekordlar

Xəbərlər
1 İyul 2024 10:52
89
İspaniyadan rekordlar

AVRO-2024-ün 1/8 final mərhələsinin İspaniya – Gürcüstan matçı rekordlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS bu görüşdə qeydə alınan statistik məqamlarla bağlı hesabat hazırlayıb.

Bu, Avropa çempionatları tarixində ilk qolu buraxan komandaların ən böyükhesablı qələbəsidir.

İspaniya final mərhələlərinin pley-offunda 5-ci dəfə böyük hesabla qalib gəlib. DÇ-1986-da Danimarkanı 5:1, DÇ-1994-də İsveçrəni 3:0, AVRO-2008-də Rusiyanı 3:0, AVRO-2012-də İtaliyanı 4:0 hesabı ilə yenən pireneylilər ilk iki qələbəsini 1/8, sonrakını 1/2 final, 12 il əvvəlkini finalda bayram edib.

İspaniya bir oyunda 35 zərbə vurmaqla final mərhələləri tarixinin rekorduna imza atıb.

İspaniya çərçivəyə 13 zərbə vurub. Bu, onların final mərhələləri üçün tarixdə ikinci göstəricidir. AVRO-2012-də İspaniya İrlandiyanın çərçivəsini 15 dəfə nişan alıb.

Bu, həm də AVRO-2024-ün rekordudur. Çexiya isə Gürcüstanla matçda çərçivəyə 12 zərbə endirib.

Avropa çempionatlarında ilk dəfə rəqib qapısına ən azı 13 zərbə endirən komandanın öz çərçivəsi bir dəfə də nişan alınmayıb.

İspaniya tarixində ilk dəfə final mərhələsində ilk 4 oyunda qələbə qazanıb.

İki assistə imza atan Lamin Yamal AVRO-2004-də fərqlənən Kriştiano Ronaldodan sonra ən azı 2 qolda payı olan ilk yeniyetmə futbolçudur.

16 yaş 353 günlük Yamal final mərhələlərinin pley-offunda iştirak edən və 18 yaşı olmayan ilk avropalıdır.

Georgi Mamardaşvili AVRO-2024-ü 30 seyvlə başa vurub. Bu, qitə çempionatları tarixində ikinci nəticənin təkrarıdır. AVRO-2000-də Françesko Toldo da 30 seyv edib. Rekord isə AVRO-2008-də 32 dəfə qurtarış edən İqor Akinfeyevə məxsusdur.

Qeyd edək ki, İspaniya ilk qolu buraxdığı görüşdə 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: