“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
Klubdan İdman.bizə verilən məlumata görə, əyalət təmsilçisi İvan Konovalovu rənglərinə bağlayıb.
Rusiyanın 21 yaşlılardan ibarət millisinin sabiq qapıçısı ilə 1+1 illik müqavilə bağlanılıb.
Moskva “Spartak”ının yetirməsi olan futbolçu Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.
İdman.biz