“Sumqayıt”ın Konfrans Liqasında oyununun vaxtı dəyişdirilib

Xəbərlər
21 İyun 2024 13:26
188
“Sumqayıt”ın Konfrans Liqasında oyununun vaxtı dəyişdirilib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “Sumqayıt”ın səfər matçının vaxtı dəyişdirilib.

İdman.biz xəbər verir ki, təmsilçimiz Macarıstanda “Şosto” Arenada “Fehervar”la oyuna 1 gün tez çıxacaq.

Qarşılaşma nəzərdə tutulduğu kimi, avqustun 1-də deyil, iyulun 31-də baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun 25-də keçiriləcək.

İdman.biz

Məqalədə: